"Sabah" - "Araz Naxçıvan" matçındakı mübahisəli epizod, Marqaritanın son durumu - VİDEO

15:18 - 3 Mart 2024

"Sabah"ın futbolçusu Jarl Marqarita Premyer Liqanın 25-ci turunun "Araz-Naxçıvan"la görüşündə zədələnib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi cərimə meydançası daxilində rəqib futbolçusunun ayaqla zərbəsindən sonra xəsarət alıb. 

Amma matç zamanı nə oyunun baş hakimi, nə də VAR hakimləri epizoda müdaxilə edib. "Sabah" tərəfinin narazı qaldığı əsas epizod məhz budur. 

Marqaritanın özü isə, aldığı zədədən sonrakı vəziyyətini sosial şəbəkə hesabında paylaşıb.

Xəbər xətti