"Neftçi" Premyer Liqada ən çox hansı komandaya uduzub?

12:33 - 4 Mart 2024

“Neftçi” Azərbaycan çempionatlarında 200-cü dəfə məğlub olub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXV turuna təsadüf edib.

Bakı klubu “Qarabağ”la görüşdə 1:4 hesabı ilə uduzub. “Ağ-qaralar”ın xal qazanmadığı 200-cü matç ölkə çempionatlarındakı 914-cü qarşılaşmaya təsadüf edib.

“Neftçi”nin ən çox uduzduğu komanda “Qarabağ”dır. Ağdam təmsilçisi Azərbaycan derbilərində 40-cı dəfə “ağ-qaralar”ı xalsız qoyub.

Xəbər xətti