"Bavariya"nın ulduzu "Mançester Siti"yə keçə bilər

18:29 - 12 Aprel 2024

"Mançester Siti" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Bavariya"da çıxış edən Camal Musialanı transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Şəhərlilər" 21 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün Almaniya klubu ilə danışıqlara başlayacaq. Futbolçu özü Pep Qvardiolanın rəhbərliyi altında oynamağa isti yanaşır.

Qeyd edək ki, "Bavariya" Camal Musialanı 2019-cu ilin yayında "Çelsi" akademiyasından transfer edib Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti