"Arsenal" və "Mançester Yunayted"in sabiq futbolçusu bu klubu çalışdıracaq

22:59 - 24 Aprel 2024

Niderland milli komandasının veteran forvardı Robin van Persi "Herenven"in çalışdıra bilər. 

Sportal.az "AD" portalına istinadən xəbər verir ki, həmin klubun rəsmiləri Van Persi ilə ilk görüşünü keçirib.

Hazırda "Feyenoord"da işləyən Robin qarşı tərəfə müsbət cavab verib. Təyinat baş verərsə, bu 40 yaşlı mütəxəssisin əsas komandanın baş məşqçisi kimi debütü olacaq. O, indiyə qədər ən yaxşı halda "Feyenoord"un əvəzedici heyətini çalışdırıb.

Niderland millisində 102 matçda 50 qol vurmuş Robin futbolçu karyerası ərzində “Feyenoord”, “Arsenal”, “Mançester Yunayted”, “Fənərbaxça” komandalarının formasını geyinib.

Xəbər xətti