Musa Qurbanlı: "Mənim üçün tamamilə sürpriz oldu"

11:18 - 25 Aprel 2024

İsveçin "Yurqorden" klubunda bu mövsüm hələ ki, çox da oynamaq şansı tapmayan Musa Qurbanlı bu yay komandadan ayrılacağını istisna etməyib.

Sportal.az xəbər verir ki, “Fotbollskanalen”ə açıqlama verən millimizin forvardı bunları deyib:

"Mövsümün mənim üçün belə başlayacağını gözləmirdim. Mənim üçün tamamilə sürpriz oldu. Transfer pəncərəsi bağlıdır, ona görə də heç nə etmək mümkün deyil. Amma yayda görəcəyik. Mən özüm üçün ən məqbul variantı seçəcəyəm. Gəncəm və bütün karyeram hələ qabaqdadır".

Qeyd edək ki, “Yurqorden”ə yayda keçən Musa 2026-cı il iyunun 30-na kimi bu kluba məxsusdur. 

Xəbər xətti