"Qalatasaray" "Mançester Yunayted"dən futbolçu transfer etmək istəyir

22:45 - 25 Aprel 2024

"Qalatasaray" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, istanbul nəhəngi "Mançester Yunayted"də çıxış edən Viktor Lindelöfü transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Sarı-qırmızılar" mövsüm bitdikdən sonra 29 yaşlı mərkəz müdafiəçisi üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Viktor Lindelöfü 2017-ci ilin yayında "Benfika"dan transfer edib. İsveç millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçunun klubu ilə 1 illik müqaviləsi var.

Xəbər xətti