"Zirə" "Turan Tovuz"u, "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi - YENİLƏNİB

20:58 - 5 May 2024

Azərbaycan Premyer Liqasında 33-cü turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Günün ilk oyunu Tovuzda keçirilib. Burada "Turan Tovuz" "Zirə"ni qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İkinci matçda isə "Araz-Naxçıvan"la "Sabah" üz-üzə gəlib. Burada da qonaqlar qələbəyə sevinib.

Azərbaycan Premyer Liqası

5 may (bazar)

“Turan Tovuz” – “Zirə” 1:2 
Qollar
: Fərid Nəbiyev 53 - Suma 14, Sezar Meza Kolli 70
Qırmızı vərəqə: Roderik Miller 90+7
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Tovuz şəhər stadionu, 16:30

“Araz-Naxçıvan” –“ Sabah” 0:1
Qol:
Ayaz Quliyev 2

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“Liv Bona Dea Arena”, 19:00

Xəbər xətti