"NTD-İndiqo" bürünc medalların sahibidir

23:02 - 18 May 2024

Bu gün Sərhədçi İdman Mərkəzində Xaçmaz təmsilçisi "NTD-İndiqo" Azərbaycan Basketbol Liqasının (ABL) bürünc mükafatları uğrunda "Xırdalan" klubu ilə seriyanın ikinci oyununu keçirib.

Sportal.az xəbər verir ki, seriyanın ilk görüşündə qələbə qazanmış "NTD-İndiqo" bu dəfə də rəqibini 92-83 hesabı ilə üstələyib və seriyanı 2-0 qalib tamamlayaraq, Azərbaycan Basketbol Liqasında bürünc mükafatın sahibi olub.

Xəbər xətti