Rahil Məmmədovun komandası yenə uduzdu - VİDEO

09:18 - 21 May 2024

Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, Məmmədovun komandası "Zaqlembe"yə 1:2 uduzub.

Məmmədov meydana start heyətində çıxıb və sona qədər oynayıb. "LKS Lodz" isə ardıcıl 5-ci dəfə uduzub. 

Rahilin komandası növbəti mövsümdən aşağı liqada mübarizə aparacaq. 

Xəbər xətti