Rusiya klubu Niderland millisinin üzvünün transferindən vaz keçdi

11:43 - 16 İyun 2024

“Ayaks”ın futbolçusu Stiven Berqveyn “Spartak”a keçə bilər.

Sportal.az Niderland mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi özü də Rusiyaya yollanmağa hazır olub. Lakin Rusiya nəhəngi bu transferdən vaz keçib. Buna səbəb isə “Ayaks”ın yüksək məbləğ tələb etməsi olub.

Belə ki, Amsterdam klubu Berqveynə görə qarşı tərəfdən 25 milyon avro istəyib. Bununla yanaşı, ruslar futbolçunun fiziki durumunun istənilən səviyyədə olmamasına görə transferin reallaşmasını istəməyiblər. 26 yaşlı futbolçu PSV və “Tottenhem”də oynadıqdan sonra 2022-ci ildə “Ayaks”a keçib.

Yarımmüdafiəçinin Niderland təmsilçisi ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti