"Şamaxı"nın yeni transferi ölkəmizə gəlməmişdən qabaq çempionluq yaşadı - FOTO

13:34 - 1 İyul 2024

"Şamaxı"nın yeni transferi Giorgi Kantariya Azərbaycana çempion kimi gələcək.

Sportal.az xəbər verir ki, gürcü futbolçu son komandası olan "Nejmeh"də çempionluq sevinci yaşayıb.

Onun komandası son turda Livanda ölkənin ən yaxşısı adını qazana bilib. 

Qeyd edək ki, “Şamaxı” Kantariya ilə bir illik müqavilə imzalayıb. O, yeni komandasının düşərgəsinə iyulun 7-də qoşulacaq.

Mirbağırağa
 

Xəbər xətti