"Dinamo"nun forvardı: "Qarabağ"la görüşdə bizi nələrin gözlədiyini bilirik"

12:49 - 25 Avqust 2024

Xorvatiyanın “Dinamo” klubunun (Zaqreb) hücumçusu Sandro Kulenoviç ölkə çempionatının 5-ci turunda “Qoritsa” üzərində qazandıqları qələbəni (2:1) şərh edərkən, Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyununa da toxunub. 

Sportal.az xəbər verir ki, Zaqreb klubunun forvardı Bakıdakı matç haqda bunları deyib:

"İki avrokubok oyunu ərəfəsində “Qoritsa”ya qarşı matçda üç xal götürməyin nə qədər vacib olduğunu bilirdik. Fiziki yorğunluq var, amma mənəvi yorğunluq daha çoxdur. Qarşıdakı həftə Azərbaycanda "Qarabağ"la görüşdə bizi nələrin gözlədiyini bilirik. Baş məşqçi heyəti bir az dəyişib. Bəzi futbolçular debüt etdi, ona görə də bizim daha bir qələbə qazanmağımız çox vacibdir. Baxmayaraq ki, bəzi məqamlarda daha yaxşı görünə bilərdik".

Qeyd edək ki, “Qarabağ” – “Dinamo” görüşü avqustun 28-də keçiriləcək və oyuna 20:45-də start veriləcək.
 

Xəbər xətti