"Tottenhem"in müdafiəçisi "Qarabağ"la oyunda iştirak etməyəcək

19:23 - 8 Sentyabr 2024

İngiltərənin "Tottenhem" klubu Avropa Liqasının əsas mərhələsinin açılış turunun "Qarabağ"la görüşünə itki ilə çıxacaq.

Sportal.az "Football London"a istinadən xəbər verir ki, London təmsilçisinə mərkəz müdafiəçisi Kristian Romero kömək etməyəcək.

26 yaşlı argentinalı 2022/2023 mövsümündə Çempionlar Liqasının 1/8 final mərhələsində "Milan"la görüşündə (0:0) qırmızı vərəqə alaraq cəzalandığı üçün "Qarabağ"la oyunu buraxmalı olacaq. 

"Tottenhem" - "Qarabağ" görüşü sentyabrın 26-da "Tottenhem Hotspur" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

Xəbər xətti