"Qarabağ"ın rəqibində ciddi itki: Mövsümü erkən başa vurdu

18:40 - 30 Sentyabr 2024

Avropa Liqasının liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Malmö"nün heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İsvaç təmsiçisinin hücumameyilli yarımmüdafiəçisi Sead Hakşabanoviç sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Monteneqrolu futbolçu qasıq nahiyəsində olan zədəyə görə əməliyyat olunacaq. 25 yaşlı ön xətt oyunçusu mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Qarabağ" "Malmö" ilə 3 oktyabr tarixində, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcək.

Xəbər xətti