"Şahdağ Qusar" "Şəmkir"i darmadağın etdi - VİDEO

14:59 - 2 Oktyabr 2024

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 5-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, lider "Şahdağ Qusar" doğma meydanda "Şəmkir"i qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 15-ə yüksəldən "Şahdağ Qusar" liderliyini davam etdirir. 9 xalı olan "Şəmkir" isə 5-ci yerdədir.

"Şahdağ Qusar" - "Şəmkir" 5:0
Qollar:
K.Əhmədli (avtoqol), T.Qurbatov, 51, 65, R.Ağalarov, 67, İ.Mikayılov, 78

Xəbər xətti