PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.
Sportal.az xəbər verir ki, "Mançester Siti", "Liverpul" və "Real" 25 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
PSJ ilə müqaviləsi 2026-cı ilin iyun ayında başa çatan Hakimi hələ ki, klubla yeni sözləşmə imzalamağa tələsmir.
Qeyd edək ki, PSJ Əşrəf Hakimini 2021-ci ilin yayında "İnter"dən transfer edib. Mərakeş millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi