"Qalatasaray" ağır zədə alan Mauro İkardi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi argentinalı futbolçunun müqaviləsini donduracaq. Bu barədə "Milliyet" nəşri məlumat yayıb.
İkardi Çempionlar Liqasının "Tottenhem"lə matçında dizindən zədələnib. 31 yaşlı forvardın mövsümün sonuna kimi oynamaq ehtimalı azdır. "Qalatasaray" rəhbərliyi legioner limitində yer açmaq və qışda yeni hücumçu transfer edə bilmək üçün 31 yaşlı forvardın müqaviləsini dondurmağı planlaşdırır.
Qeyd edək ki, "Qalatasaray" Mauro İkardini 2022-ci ilin yayında PSJ-dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi