Tbilisi "Dinamo"sunun futbolçusu Saba Xarebaşvili İspaniyanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.
Sportal.az xəbər verir ki, "Barselona" və "Real" 16 yaşlı sol cinah müdafiəçisini transfer etmək istəyir. Bu barədə"Diario AS" nəşri məlumat yayıb. Hər iki klub gürcü istedadı heyətinə qatmaq üçün onun klubuna müraciət edəcək.
Qeyd edək ki, Saba Xarebaşvili "Dinamo"nun yetirməsidir. Gənc oyunçu Tbilisi təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi