"Bavariya"nın futbolçusu yayda "Real"a keçəcək

19:16 - 14 Noyabr 2024

Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Alfonso Deyvis gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, kanadalı sol cinah müdafiəçisi Münhen təmsilçisi ilə yeni sözləşmə imzalamayacaq. Bu barədə "Relevo" nəşri məlumat yayıb.

Deyvisin yeni klubu da məlumdur. 24 yaşlı futbolçu karyerasını "Real"da davam etdirəcək. Artıq tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, "Bavariya" Alfonso Deyvisi 2019-cu ilin yanvar ayında "Vankuver"dən transfer edib. Kanada millisinin üzvü bundesliqa təmsilçisinin heyətində keçirdiyi 210 rəsmi matçda 11 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti