Azərbaycan milli komandasının noyabrın 19-da İsveç yığması ilə Solnada keçirəcəyi UEFA Milətlər Liqasının sonuncu tur oyununun hakim təyinatları açıqlanıb.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, "Strouberri Arena"da təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək:
19 noyabr
İsveç - Azərbaycan
“Strouberri Arena”. Saat 23:45
Baş hakim: Paweł Raczkowski
Baş hakimin köməkçiləri: Radosław Siejka, Adam Kupsik
Dördüncü hakim: Wojciech Myc