İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Vinisius Junior sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı vinger La Liqanın 14-cü turunun "Leqanes"lə səfərd matçında (3:0) sıradan çıxıb. Əzələsindən zədə alan Vinisius 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
24 yaşlı ön xətt oyunçusu Çempionlar Liqasında "Liverpul", "Atalanta", La Liqada isə "Xetafe", "Atletik", "Jirona" və "Rayo Valyekano" ilə oyunlarda komandaya kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi