Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Paderborn"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli də bu matçın iştirakçısı olub. 27 yaşlı forvard oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb. Mahir 8-ci dəqiqədə komandasının ilk qolunun məhsuldar ötürməsini edib.
13 turdan sonra 18 xal toplayan "Nürnberq" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi