İtaliyanın "Cenoa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Patrik Vieyra çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı məşqçi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Patrik Vieyranın son iş yeri Fransada "Strasburq" olub. 48 yaşlı mütəxəssis "Cenoa"nın baş məşqçisi postunda Alberto Cilardinonu əvəz edib.
saytlarin hazirlanmasi