Maliyyə problemləri yaşayan "Lion" aparıcı futbolçularından olan Rayan Çerkini qışda satacaq.
Sportal.az xəbər verir ki, "Liverpul" və "Bayer" fransalı hücumameyilli yarımmüdafiəçini transfer tmək istəyir. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
"Lion" 21 yaşlı ön xətt oyunçusu üçün 25 milyon funt-sterlinq tələb edir. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
Rayan Çerki "Lion"un yetirməsidir. Fransa U-21 millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Lion" "Qarabağ"In Avropa Liqasındakı rəqiblərindəndir. Komandalar arasında oyun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi