İngiltərinin "Arsenal" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubu icarə əsasında "Şeffild Uendesdey"də çıxış edən Şi Çarlsı transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Arsenal" qış transfer pəncərəsi zamanı Şimali İrlandiya millisinin üzvü üçün onun müqavilə ilə məxsus olduğu "Sauthempton"a təklif göndərəcək.
Qeyd edək ki, Şi Çarls mövsümün əvvəlində "Şeffild Uendesdey"ə icarəyə verilib. 21 yaşlı dayaq yarımmüdafiəçisi Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi