"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London klubu yanvar ayında 26 yaşlı sağ cinah müdafiəçisi üçün "Barselona"ya təklif göndərəcək. "Çelsi"nin baş məşqçisi Entso Mareska Kundeni komandasında görmək istəyindədir.
Qeyd edək ki, "Barselona" Jül Kundeni ötən ilin yayında "Sevilya"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi