"Bavariya"nın yarımmüdafiəçisi üçün il erkən başa çatdı

19:54 - 19 Noyabr 2024

Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi Joao Palinya sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu Portuqaliya milli komandasının düşərgəsində zədələnib. Məşq zamanı ayaq əzələsindən zədə alan 29 yaşlı orta xətt oyunçusu 6 həftə sonra məqşlərə başlayacaq. Təcrübəli futbolçu 2025-ci ildə oyunlarda iştirak edə biləcək.

Qeyd edək ki, "Bavariya" Joao Palinyanı mövsümün əvvəlində "Fulhem"dən transfer edib. O, Münhen təmsilçisinin heyətində 13 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti