Türkiyənin "Qalatasaray" klubu heyətini məşhur futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Tottenhem"ın kapitanı Son Hın-mini heyətinə qatmaq istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Qalatasaray" mövsümün sonunda "Tottenhem"lə müqaviləsi başa çatan və azad agent statusunda olacaq cənubi koreyalı vingerlə müqavilə imzalamaq üçün onunla danışıqlara başlayacaq.
Qeyd edək ki, "Tottenhem" Son Hın-mini 2015-ci ilin yayında Leverkuzen "Bayer"indən transfer edib. 32 yaşlı futbolçu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi