"Real" yayda heyətinə qatdığı Endriklə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, "kral klubu" əsas heyətə düşə bilməyən braziliyalı hücumçunu icarəyə verəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
18 yaşlı futbolçu özü də icarəyə yollanmağa isti yanaşır. Gənc forvard daha çox oynamaq və inkişaf etmək istəyir.
Avropada bir neçə klub Endriklə maraqlanır. İspaniyadan "Valyadolid", İngiltərədən "Sauthempton" və İtaliyadan "Roma" istedadlı hücumçunu icarəyə götürmək üçün mübarizə aparır.
Qeyd edək ki, "Real" Endriki bu ilin yayında "Palmeyras"dan transfer edib. Braziliya millisinin üzvü Madrid təmsilçisinin heyətində 10 rəsmi matçda 122 dəqiqə meydanda olub. O, bu müddət ərzində 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi