Azərbaycan milli komandasının müdafiəçisi Nigar Mirzəliyeva bu mövsüm "Zenit"in heyətində Rusiya çempionluğunu yaşadı. Sportal.az saytına müsahibə verən Mirzəliyeva Sankt-Peterburq klubunda yaşadıqlarından və yeni sezona da Rusiya komandasında başlayacağından danışıb.
- "Zenit"in heyətində Rusiyada çempionluq qazandın. Çempionluq necə alındı? Deyəsən, bu mövsüm sizin üçün o qədər də çox çətin alınmadı çempionluq?
- Xeyr, əksinə. Bu mövsüm daha çox çətin, mübariz və əzmkar mövsüm oldu. Şükür Allaha, bütün çətinliyə baxmayaraq hamıdan güclü olduq, çempionluq qazandıq. Həqiqətən də çox yaxşı mövsüm idi.
- Komanda artıq son üç mövsümün çempionudur. Demək olar ki, "Zenit" Rusiya qadın futbolunda hegemonluq edir. Uzun illər bu hegemonluğu davam etdirmək mümkündür?
- "Zenit" həqiqətən çox güclü komandadır. Hazırkı qızlarla yolumuza davam etsək, çempionluğumuz da davamlı olacaq. Çünki heyətimiz güclüdür, yaxşı futbol oynayırıq. Həm də, ardıcıl çempionluqlar böyük inam verir.
- Ümumiyyətlə, bu mövsüm şəxsən özün öz performansından razısan? Yoxsa, daha çox oynamaq imkanın olmadı?
- Öz performansımdan çox razıyam. Məşqçilərim də həmçinin. "Zenit" çox güclü komanda olduğuna görə burada rəqabət də güclüdür. Oynadım və ya oynamadım, önəmli olan "Zenit"in qələbəsidir. Komandada olan hər kəs çempionluq və uğurlu nəticələr üçün çalışır. Çalışırm ki, mənə şans düşən vaxtı da meydana çıxıb, komandaya kömək olum.
- Yeni sezon səni yenə də "Zenit"də görəcəyik? Klubdan yeni müqavilə ilə bağlı təklif almısan, yoxsa necə?
- Bəli, "Zenit"də qalacam. Klub mənə daha 2 illik müqavilə təklif etdi. Mən də həmin təklifi dəyərləndirdim. Artıq razılıq əldə etmişik. Qarşıdakı daha ik ili "Zenit"də keçirəcəm. Buna görə də şadam.
- Maraqlıdır, Avropanın daha iddialı klublarına keçmək imkanın var idi? Fərqli ölkə klublarından təklif almışdın?
- Fərqli ölkə klublarından təkliflərim çox idi. Amma bu haqda hələ ki, düşünmürəm. Çünki mən "Zenit"də qalmağa qərar verdim. Burada da davam edəcəm. Çalışacam ki, hər şey yaxşı alınsın. "Zenit" kimi oynadığıma görə şadam.
Mirbağırağa
saytlarin hazirlanmasi