"Karyeramı 34 yaşında bitirmək istəyirəm"

20:47 - 18 Noyabr 2024

PSJ və Fransa millisinin vingeri Usman Dembele karyerasını nə vaxt bitirməyi planlaşdırdığını açıqlayıb.

Sportal.az xəbər verir ki, “Marca”ya danışan yarımmüdafiəçi aktiv futbolçu karyerasını başa vurduqdan sonra hansı işlə məşğul olmaq istədiyini də deyib:

"Karyeramı 34 yaşımda bitirmək istəyirəm. Sonra daşınmaz əmlakla məşğul olmaq istəyirəm. Afrikaya, Fransaya sərmayə qoymağı planlaşdırıram. Hər halda, gələcəklə bağlı planlarım belədir, necə olacağını görəcəyik".

Bu mövsüm Dembele Fransa çempionatında on oyun keçirib, o, beş qol vurub və beş məhsuldar ötürmə verib. 27 yaşlı yarımmüdafiəçinin PSJ ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Renn”, “Borussiya”(Dortmund), “Barselona” klublarında oynayıb.
 

Xəbər xətti