Məsiyev Millətlər Liqasının oyununu idarə etdi

11:34 - 19 Noyabr 2024

Azərbaycanın hakimlər briqadası Millətlər Liqasının C3 qrupunun 5-ci turunun Lüksemburq və Şimali İrlandiya yığmaları arasında keçirilən oyununu idarə edib.

Sportal.az xəbər verir ki, 2:2 hesablı heç-heçə ilə başa çatan görüşdə baş hakim Elçin Məsiyev olub.

Ona laynsmenlər Elşad Abdullayev və Pərvin Talıbov, həmçinin dördüncü hakim Fərid Hacıyev köməklik ediblər.Bu matçda Məsiyev futbolçulara ümumilikdə üç sarı vərəqə göstərib.

Xəbər xətti