İsveç milli komandasının forvardı Aleksandr İsak Millətlər Liqasının C1 qrupunun 6-cı turunda Solnada Azərbaycan yığması üzərində qazandıqları qələbəni (6:0) şərh ediblər.
Sportal.az “TV4 Nyheterna” nəşrinə istinadən xəbər verir ki, İsak həmin oyun haqda bu cür danışıb:
“VAR qolu niyə ləğv etdi, bu necə mümkündür? Bu gördüyüm ən pis qərardır. Təbii ki, qalib gəldiyimiz üçün şadam. Amma hesaba alınmalı olan qol vurdum. Bu isə məni əsəbiləşdirir”.
Qeyd edək ki, İsak bu görüşdə start heyətində meydana çıxıb və 49-cu dəqiqədə penaltidən istifadə edə bilməyib.
saytlarin hazirlanmasi