"Şamaxı" məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

16:58 - 20 Noyabr 2024

"Şamaxı"nın məşqçilər korpusundə ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu Ceyhun Rzayevlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. "Şamaxı" Ceyhun Rzayevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər xətti