"Real" yeni mövsüm üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Leypziq"də çıxış edən Kastelyo Lukebanı transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Real" mövsümün sonunda Fransa U-21 millisinin üzvü Almaniya klubuna onun müqaviləsində yer alan 90 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır. Futbolçu ilə İngiltərə klubları da maraqlanır.
Qeyd edək ki, "Leypziq" Kastelyo Lukebanı ötən ilin yayında "Lion"dan transfer edib. 21 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi