Fransanın PSJ klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi Əşrəf Hakiminin müqaviləsinin müddətini uzadıb. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Mərakeşli sağ cinah müdafiəçisi 2029-cu ilin yayına kimi paytaxt klubuna məxsus olacaq.
Qeyd edək ki, PSJ Əşrəf Hakimini 2021-ci ilin iyul ayında "İnter"dən transfer edib. Mərakeş millisinin üzvü olan 26 yaşlı futbolçu bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi