Almaniyanın "Bavariya" klubu ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin qapıçısı Manuel Noyer zədəlidir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Qabırğasında ağrı olan alman futbolçu kollektivdən ayrı məşq edir.
38 yaşlı qolkiper sabah Bundesliqanın 11-ci turunun "Auqsburq"la matçında iştirak etməyəcək. Alman qapıçının noyabrın 27-də PSJ ilə matçda oynayıb-oynamayacağı sual altındadır.
saytlarin hazirlanmasi