"İnter"in futbolçusu Nikola Barella İtaliyanı tərk edə bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəmi Mançesterə yollanmağa yaxındır. Belə ki, italiyalı futbolçunu "Mançester Yunayted" transfer etmək istəyir.
"Qırmızı şeytanlar" onun transferini qışda həyata keçirməyi planlaşdırır. İngiltərə klubunun yeni baş məşqçisi Ruben Amorim Barellanı sərəncamında görmək istəyir.
Qeyd edək ki, Barellanın "İnter"lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi