İngiltərənin "Mançester Siti" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Mateo Kovaçiç sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Pep Qvardiola mətbuat konfransında məlumat verib.
Xorvatiyalı futbolçu 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Mançester Siti" Mateo Kovaçiçi ötən ilin yayında "Çelsi"dən transfer edib. Xorvatiya millisinin üzvü olan 30 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi