"İnter Mayami" yeni baş məşqçi axtarışına çıxıb.
Sportal.az xəbər verir ki, yaxın vaxtlarda MLS klubunun hazırkı baş məşqçi Xerardo Martinonun şəxsi səbəblərə görə istefa verməsi ilə bağlı açıqlama verəcəyi gözlənilir.
ABŞ klubuna Xavinin rəhbərlik edəcəyi ehtimal edilir. Belə ki, tərəflər arasında danışıqlara start verilib və ilkin razılıqlar əldə olunub.
"Barselona"dan ayrıldıqdan sonra işsiz qalan Xavinin özünün də MLS klubunu çalışdırmaq istəyində olduğu bildirilir.