Azərbaycan millisinin müdafiəçisi Bədavi Hüseynovun Millətlər Liqasının C1 qrupunun 6-cı turunun İsveç yığması ilə görüşündə (0:6) aldığı zədə ciddi olub.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın 33 yaşlı müdafiəçisi ən azı 3 həftə meydana çıxa bilməyəcək.
Belədə, Hüseynovun Avropa Liqasının 5-ci turunun “Lion”la görüşündə meydanda olmayacağı dəqiqləşib.
Xatırladaq ki, Hüseynov İsveç – Azərbaycan görüşünün birinci hissədən sonra əvəzlənib. Əlavə edək ki, “Qarabağ” – “Lion” görüşü noyabrın 28-də keçiriləcək və görüşə 21:45-də start veriləcək.
saytlarin hazirlanmasi