Bundesliqa 2-də çıxış edən "Hamburq" Steffen Baumqartın qovulmasından sonra keçmiş hücumçusu Ruud van Nistelroyu baş məşqçi təyin etməyi planlaşdırır.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, niderlandlının təyinatı hələ Baumqartın göndərilməsindən əvvəl də nəzərdən keçirilirdi.
Van Nistelroy Erik ten Haqın qovulmasından sonra "Mançester Yunayted"də müvəqqəti baş məşqçisi vəzifəsində çalışıb. O, noyabrda klubu tərk edib. Onun rəhbərliyi altında "qırmızı şeytanlar" 4 matçda meydana çıxmışdı. Həmin görüşlərində 3-də qələbə qazanıb, birində bərabərə qalmışdılar.
"Hamburq" 13 oyundan sonra 20 xalla 2-ci Bundesliqada 8-ci yerdədir. 48 yaşlı məşqçi "Den Boş", "Herenven", PSV, "Mançester Yunayted", "Real"(Madrid), "Hamburq", "Malaqa" klublarının formasını geyinib.
saytlarin hazirlanmasi