"Mançester Yunayted" "Atalanta"nın yarımmüdafiəçisi ilə maraqlanır.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, söhbət Berqamo klubunun üzvü Edersondan gedir.
Transferin qışda baş tuta biləcəyi bildirilir. 25 yaşlı braziliyalı bütün təkliflərdən “Mançester Yunayted”ə görə imtina edib. Onun “Atalanta” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Bu ildən Braziliya millisinə də cəlb edilən Ederson “Kruzeyro”, “Korintians”, “Fortaleza”, “Salernitana” klublarında çıxış edib.