"Qalatasaray"da ciddi itki: 1 ay oynamayacaq

20:16 - 25 Noyabr 2024

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Kaan Ayhan sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk futbolçu Super Liqanın 13-cü turunun "Bodrum"la matçında (1:0) ayaq əzələsindən zədə alıb. 30 yaşlı sağ cinah müdafiəçisi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Təcrübəli oyunçu Avropa Liqasında "AZ Alkmar", "Malmö", Super liqada isə "Eyüpspor" və "Sivasspor"la görüşlərdə komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Kaan Ayhan bu mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 16 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti