Bir müddət öncə "Mançester Yunayted"dən ayrılan Ruud Van Nistelrooy yenidən İngiltərə Premyer Liqasında çalışa bilər.
Sportal.az xəbər verir ki, Stiv Kuperlə yollarını ayıran "Lester Siti" niderlandlı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Premyer Liqa təmsilçisi niderlandlı mütəxəssislə danışıqlara başlayıb.
Qeyd edək ki, Ruud Van Nistelrooy Erik ten Haq istefaya göndəriləndən sonra "Mançester Yunayted"in müvəqqəti baş məşqçisi olub. "Qırmızı şeytanlar" 48 yaşlı məşqçinin rəhbərliyi altında keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.
saytlarin hazirlanmasi