"Bayer"in futbolçusu Ceremi Frimponq İngiltərəyə yollanmağa hazırlaşır.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "Liverpul" niderlandlı yarımmüdafiəçi üçün təklif irəli sürüb.
Mersisayd təmsilçisi 23 yaşlı futbolçu üçün mübarizədə önə çıxmaq istəyir.
Məsələ burasındadır ki, Frimponqu "Real" da transfer etməyi planlaşdırır.
"Bayer"in futbolçusu 2021-ci il yanvar ayından hazırkı klubunda oynayır. O, bu mövsüm 18 matça çıxıb, 1 qol vurub və 7 asist ötürmə edib. 23 yaşlı futbolçu "Seltik"də də çıxış edib.
saytlarin hazirlanmasi