"Səbail" legionerini göndərməyə hazırlaşır - Hüseynovun planlarına daxil deyil

12:34 - 10 Noyabr 2024

Misli Premyer Liqasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Səbail" qış "transfer pəncərəsi" zamanı heyətdə bəzi dəyişikliklər edəcək. Belə ki, Bayıl təmsilçisi böyük ehtimalla heyətini gücləndirəcək.

Sportal.az saytına verilən məlumata görə, heyətin gücləndirilib-gücləndirilməməsi isə klubun bəzi legionerlərlə yollarını ayırmasından asılı olacaq. 

Belə ki, "Səbail" David Qomislə işbirliyinə davam etmək istəmir. Fransız futbolçu Cavid Hüseynovun gələcək planlarına daxil olmadığı üçün klub onunla yoluna davam etmək niyyətində deyil.

Klub rəsmiləri Qomislə danışaraq, müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə çalışacaq.

31 yaşlı futbolçunun "Səbail"lə müqavilə müddəti 2025-ci il dekabrın 31-nə qədərdir. O, 2023-cü il yanvarın 14-də Premyer Liqa klubu ilə müqavilə imzalamışdı. David Azərbaycana gələnə qədər "Tulon", "Qazelek Ayaçço", "Klermon", "Pau" klublarında oynamışdı.

Xəbər xətti