"Qalatasaray"ın futbolçusu MLS klubuna keçir

22:54 - 15 Yanvar 2025

"Qalatasaray"ın futbolçusu Vilfred Zaha karyerasını ABŞ-də davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, icarə əsasında "Lion"da çıxış edən 32 yaşlı vinger "Şarlott"la anlaşıb. Bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.

MLS təmsilçisi "Qalatasaray"a 3,5 milyon avroluq satınalma bəndi ilə futbolçunu icarəyə götürməyi təklif edib. İstanbul klubu əlavə icarə haqqı da almaqla Fil Dişi Sahilindən olan oyunçunu satmağa hazır olduğunu bildirib. "Şarlott"un bu tələbi qəbul edəcəyi və Zahanın transferinin yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, Vilfred Zaha mövsümün əvvəlində "Lion"a icarəyə verilib. Təcrübəli vinger Fransa təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti