"Araz-Naxçıvan" Misli Premyer Liqasının 19-cu turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Ağır oyun alındı. Meydanda mübarizə getdi. Məğlub olsaq da, çox kədərlənmək fikrimiz yoxdur. Komanda olaraq bu oyunu unudub, qarşıdakı matça hazırlaşacağıq.
- Qara Qarayevi fasilədə əvəzlədiz. İkinci hissəni ehtiyatda izlədi, yoxsa evə göndərdiz?
- Bizimlədir, evə niyə getməlidir? Sadəcə düşündük ki, emosiyalarını daha artıq birüzə verər, ona görə əvəzlədik. Hər iki komandanın oyunçuları mübarizədən çəkinmirdilər. Futbolda bu cür hallar olur.
- Barışıq oldu?
- Nə olursa, meydanda qalır.
Mirbağırağa
saytlarin hazirlanmasi