"Zirə"nin futbolçusu bir ay oynamayacaq

15:23 - 17 Fevral 2025

"Zirə"nin futbolçusu Ceyhun Nuriyevin durumuna aydınlıq gəlib.

Sportal.az saytına klubdan verilən məlumata görə, azərbaycanlı yarımmüdafiəçinin çiyni çıxıb.

Nuriyevin hansı müddətə komandaya kömək edə bilməyəcəyi də dəqiqləşib.

Belə ki, 23 yaşlı yaşlı futbolçu bir ay "Zirə"nin oyunlarında iştirak etməyəcək.

Xəbər xətti